“PSJ fevral ayına qədər daha da güclənəcək” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə heç-heçəni (1:1) və komandasının pley-off mərhələsinə keçməsini şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis inkişaf etdiklərini bildirib:

“Çoxlu imkanlar yaradırıq, həmişə hücuma keçmək istəyirik. Bu oyunda 4-5 dəqiq şansımız oldu. Əminəm ki, PSJ fevral ayına qədər daha da güclənəcək. Şübhəsiz ki, biz inkişaf edirik. Komanda hələ yaradılmasının başlanğıcındadır. Futbolçuların münasibəti və döyüşmək istəyi xoşuma gəlir. Matçın sonuna yaxın oyunçularıma qışqırdım: “Qazanmaq üçün oynayın, amma çox riskə getməyin”. Mən bizim irəliləyişimizdən razıyam, amma təbii ki, birinci olmaq istərdim”.

PSJ 6 oyundan sonra 8 xalla F qrupunda ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button