“Türkiyə çempionatının matçından sonra baş verənlər tamamilə qəbuledilməzdir” – FİFA prezidenti
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın hakimə zərbə endirməsinə münasibət bildirib.
Komanda.az TASS-a istinadən xəbər verir ki, İnfantino Türkiyə çempionatında baş verən bu hadisənin qəbuledilməz olduğunu söyləyib:
“Futbolda, meydanda və ya kənarda zorakılığa yer yoxdur. Türkiyə çempionatının matçından sonra baş verənlər tamamilə qəbuledilməzdir və bizim idmanda, cəmiyyətimizdə buna yeri yoxdur. Hakimlər, oyunçular, azarkeşlər və heyətin təhlükəsizliyi qorunmalıdır. Mən aidiyyatı qurumları bütün səviyyələrdə asayişin təmin edilməsi üçün tədbirlər görməyə çağırıram”.
Super Liqanın 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt klubunun prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Bizi Facebook-da izləyin