“Roma”nın hücumçusu sıradan çıxıb
“Roma”nın hücumçusu Sərdar Azmun A Seriyasının 15-ci turunda “Fiorentina” ilə oyunda (1:1) zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı forvard 25-ci dəqiqədə zədəli Paulo Dibalanı əvəzləyib. 62-ci dəqiqədə Azmun özü meydanı tərk etmək məcburiyyətində qalıb. İranlı futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalmaq riski var.
“Roma” 15 turdan sonra 25 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin