“Duyğular futbolu xüsusi edən şeydir” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta oyunlar zamanı emosional davranışına münasibət bildirib.

Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis reaksiyaların normal olduğunu bildirib:

“Biz oyunu emosiyalarla birlikdə yaşayırıq. Futbolçu qol vuranda, futbolçu ötürmə edəndə, fizioterapevt meydançaya qaçıb tibbi yardım göstərməyə başlayanda mən reaksiya verirəm. Hətta belə vəziyyətlərdə belə qışqırıram: “Yox, gözləyin!” Biz davamlı olaraq reaksiya veririk. Bu futboldur.

Biz bu ehtirasla yaşayırıq və qələbə üçün mübarizə aparırıq. Baş verənlərə reaksiya verməlisən. Yoxsa gəlin teatr kimi stadionda oturaq, bütün səs-küyü kəsək, görək bu liqa və oradakı oyun bir o qədər maraqlı olacaqmı? Duyğular futbolu xüsusi edən şeydir”.

Bir müddət əvvəl İngiltərə Futbol Assosiasiyası Artetanı Premyer Liqanın son “Nyukasl”la oyununda (1:0) hakimlərin işini tənqid etdikdən sonra onu nalayiq davranışda ittiham etdiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button