Balotelli qəza keçirdi

“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli Breşiyada avtomobili ilə qəza törədib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə cümə günü gecə baş verib. Mediada futbolçunun hadisə yerindən təcili yardım maşını ilə aparıldığı video yayılıb.

Yerli polisin sözlərinə görə, Balotelli alkoqol testindən imtina edib.

Qəza nəticəsində forvardın özü xəsarət almayıb.

33 yaşlı futbolçu bu mövsüm Türkiyə çempionatında 5 oyun keçirib, 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button