“Bu nəticəni çox ədalətsiz hesab edirəm” – Braziliya millisinin baş məşqçisi
Braziliya millisinin baş məşqçisi Fernando Diniz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentina ilə oyun haqda (0:1) danışıb.
Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, baş məşqçi bu nəticəni çox ədalətsiz hesab etdiyini deyib:
“Bu, ənənələrə malik iki komandanın oyunu idi. Braziliya millisi çox təhlükəli məqamlar yaratdı. Biz səhv etdik və Otamendi qol vurduqda künc zərbəsi istisna olmaqla, Argentinanın demək olar ki, heç biri fürsəti yox idi. Əks-hücumlarda şanslarımız oldu, amma son ötürmə və həlledici zərbə yetərli olmadı. Biz qələbəyə Argentinadan qat-qat yaxın idik. Mən bu nəticəni çox ədalətsiz hesab edirəm”.
Braziliya – Argentina matçında qonaqlar Nikolas Otamendinin 63-cü dəqiqədə vurduğu qol sayəsində qalib gəliblər. Argentinalılar 6 görüşün nəticələrinə əsasən 15 xal toplayaraq 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin turnir cədvəlinə başçılıq edirlər. Braziliya millisi 7 xalla altıncı yerdədir.
Bizi Facebook-da izləyin