Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

UEFA futzal üzrə Avropa klublarının reytinq cədvəlində dəyişiklik edib.

Komanda.az xəbər verir ki, bir müddət əvvəl yeni mövsümə əsas mərhələnin B yolunda başlayacağı haqda yarışın vikipediyasında məlumat yerləşdirilsə də, qitə futbol qurumunun rəsmi saytında açıqlanan yeni reytinq cədvəlinə əsasən, təmsilçimizin A yolunda yarışacağı müəyyənləşib.

Buna səbəb bəzi ölkələrin çempionlarının reytinq cədvəlində “Araz”dan sonrakı pillələrdə qərarlaşmasıdı. Beləliklə, təmsilçimiz reytinq cədvəlində 12.500 xalla 10-cü sırada yer alıb ki, bu da A yolunda mübarizə aparmağa imkan verir.

A yolunda bu komandalar çıxış edəcək:

“Sportinq” (Portuqaliya) – son qalib,

  1. “Barselona” (İspaniya)
  2. “Kayrat” (Qazaxıstan)
  3. “Benfika” (Portuqaliya)
  4. “Mursiya” (İspaniya)
  5. “Ekonomaç” (Serbiya)
  6. “Halle Gooik” (Belçika)
  7. “Ayat” (Qazaxıstan)
  8. “Tümen” (Rusiya)
  9. KPRF (Rusiya)
  10. “Araz” (AZƏRBAYCAN)
  11. “Doboveç” (Sloveniya)…..

….16. “Berettyoujfalu” (Macarıstan)

  1. “Xerson” (Ukrayna)
  2. “Vytis” (Litva)
  3. “Mostar” (Bosniya və Herseqovina)

Bu 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupda mübarizə aparacaq. Burada yer alan komandalardan ilk 12-si ən yüksək reytinqə malik olduğuna görə, elit-raunda hər bir qrupdan 3 komanda vəsiqə qazanacaq. Bir sözlə, ancaq qrup sonuncuları mübarizəni dayandıracaq.

Bu mərhələnin oyunları 8-13 oktyabr tarixlərində keçiriləcək. Püşk isə iyulun 4-də atılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button