“Ronaldo mənə ilham verdi” – Haland

“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli futbolçu uşaqlıqda 38 yaşlı Ronaldonu özünə kumir olaraq gördüyünü deyib: 

“Mən həmişə Ronaldonu, onun cərimə meydançasındakı hərəkətlərini izlədiyimi xatırlayıram. O, olmaq istədiyi sahəyə girməzdən əvvəl iki və ya üç hərəkət edərdi. Bu, müdafiəçilərlə duel kimi bir şeydir. 

Ronaldo mənə ilham verdi.  Onun keçdiyi inkişaf yolu möhtəşəmdir. Yadınızdadırmı, “Mançester Yunayted”də, sonra “Real”da ilk illərində necə oynayırdı? Kriştianonun qol vurma tərzi də inanılmaz idi”.

Haland 2023-cü ilin ən yaxşı hücumçusu seçilib. O, bu müddət ərzində 56 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button