ÇL: “Sona iki tur qalmış pley-offa yüksəldiyimiz üçün çox şadıq” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Yanq Boyz”la matçdan (3:0) sonra fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyununu bəyəndiyini bildirib:
“Əlbəttə, sona iki tur qalmış pley-offa yüksəldiyimiz üçün çox şadıq. Qrupda birinci yer haqqında düşünməyə vaxtımız var. Ola bilsin ki, sonda çox yaxşı oynamamışıq. Amma ümumilikdə, gördüklərimi bəyəndim”.
52 yaşlı məşqçi 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda beş dəfə İngiltərə çempionatının, iki dəfə İngiltərə kubokunun və superkubokunun, bir dəfə Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub.
Bizi Facebook-da izləyin