Ten Haqdan futbolçularına tapşırıq: Susun və dinləyin!
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın son turunda “Mançester Siti”yə məğlubiyyətdən (0:3) sonra futbolçularına susmaq və rəqibin azarkeşlərinin sevinc səslərinə qulaq asmaq tapşırığı verib.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Niderlandlı mütəxəssis bu məğlubiyyətdən sonra hiddətlənib. Məlumatda qeyd olunur ki, Erik ten Haq futbolçularına Mançester derbisində qalib gəlsələr, onlara bir gün istirahət verəcəyini vəd edib. Amma o, bu vədi ləğv etmək məcburiyyətində qalıb.
İngiltərə Premyer Liqasının 10 turundan sonra “Mançester Yunayted” 15 xal toplayıb və hazırda çempionatın 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin