“Son bir neçə ildə biz bu tendensiyanı tərsinə çevirdik” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının İngiltərə çempionatının son turunda “Mançester Yunayted”lə oyunda (3:0) qələbəsindən danışıb.
Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “şəhərlilər”in çıxışını yüksək qiymətləndirib:
“Burada həmişə yaxşı əhval-ruhiyyə olur. Futbolçular mümkün qədər yaxşı çıxış etdilər və azarkeşlərimiz üçün çox şadam, bunun onlar üçün nə demək olduğunu bilirəm. Uzun illər Aleks Ferqyuson burada olanda onlar “Mançester Yunayted”i zirvədə gördülər və son bir neçə ildə biz bu tendensiyanı tərsinə çevirdik.
İlk 5-10 dəqiqədən sonra belə təhlükəli komandaya qarşı top itirdiyimiz zaman nəzarəti ələ keçirə bildik və ikinci qoldan sonra fantastik oyun nümayiş etdirdik”.
“Mançester Siti” hazırda 24 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü, “Mançester Yunayted” isə 15 xalla 8-ci yerdədir.
Bizi Facebook-da izləyin