“Lion” baş məşqçisinə ultimatum verib
“Lion” baş məşqçisi Fabio Qrosso ilə yollarını ayıra bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 45 yaşlı mütəxəssisə ultimatum verib.
Komanda çempionatın növbəti iki oyunundan birində qalib gəlməsə, onunla müqaviləyə xitam veriləcək.
Qrosso “Lion”a sentyabrın 16-da baş məşqçi təyin olunub.
“Lion” Liqa 1-də 9 turdan sonra 3 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. Komanda oktyabrın 29-da “Marsel”in qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin