“Qarabağ” 600-ə çatdı
“Qarabağ” Azərbaycan çempionatlarında 600-cü səfər qoluna imza atıb.
Komanda.az xəbər verir ki, yubiley topunun müəllifi Olavio Juninyo olub.
O, Azərbaycan Premyer Liqasının 10-cu turunun “Turan Tovuz”la matçında fərqlənib. Ağdam klubu 2:2 hesabı ilə başa çatan qarşılaşmada bu rəqəmi 601-ə də çatdırıb.
“Qarabağ” buna 443-cü səfər oyununda nail olub. Komandanın rəqib meydanlarındakı orta məhsuldarlığı 1,36-ya bərabərdir.
Ağdamlılar ölkə çempionatları tarixində səfərdə 600 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi” daha çox fərqlənib.
“Qarabağ” ilk səfər qoluna 1992-ci il mayın 9-da imza atıb. “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin