Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2-ci dövrənin Tovuzda keçirilən açılış matçında gerçəkləşib.
10-cu turun “Turan Tovuz”la “Qarabağ” arasında oyununu 6000 tamaşaçı izləyib. Bu, 2023/2024 mövsümünün yeni rekordudur. Əvvəlki ən yüksək göstərici 9-cu turun “Neftçi” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Azərbaycan derbisində 5400 izləyici olub.
“Turan Tovuz” – “Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin