UEFA İsraildə oyunların keçirilməməsinə qərar verdi
UEFA İsrail komandalarının beynəlxalq oyunları ilə bağlı qərar verib.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsi növbəti bildirişə qədər bu ölkədə UEFA yarışlarının keçirilməməsini məqsədəuyğun sayıb.
Beləliklə, oktyabrın 26-da keçirilməsi planlaşdırılan UEFA Avropa Liqasının “Vilyarreal” (İspaniya) – “Makkabi” (Hayfa) görüşü dekabrın 6-da, UEFA Konfrans Liqasının “Makkabi” (Təl-Əviv) – “Zarya” (Ukrayna) matçı noyabrın 25-də təşkil olunacaq.
Hayfa təmsilçisinin U-19 komandası isə UEFA Gənclər Liqasında iştirakdan imtina edib. Onları Çexiyanın “Sparta” (Praqa) klubunun müvafiq yaş qrupundan ibarət komandası əvəzləyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin