“Barselona” argentinalı hücumçuya “elçi düşüb”

“Mançester Siti”nin hücumçusu Xulian Alvares “Barselona”ya keçə bilər.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu klubun idman direktoru Dekunun xoşuna gəlir. Robert Levandovski klubla müqaviləsini yeniləməsə, kataloniyalılar Alvaresi transfer edə bilərlər.

Alvares 2022-ci ildən “şəhərlilər”də çıxış edir. Argentinalı forvard bu mövsüm bütün yarışlarda 13 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button