Avstriya yığmasının iki müdafiəçisi Azərbaycanla oyunu buraxacaq
Avstriya millisinin kapitanı David Alaba və sağ cinah müdafiəçisi Stefan Poş AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı keçiriləcək oyunları buraxacaqlar.
Komanda.az Avstriya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, hər müdafiəçi heyətdən çıxarılıb.
Baş məşqçi Ralf Ranqnik onlara dəvət göndərsə də, tibbi müayinədən sonra yığmanın oyunlarına hazır olmayacaqları müəyyənləşib. İspaniyanın “Real” klubunda forma geyinən 31 yaşlı Alaba Madrid təmsilçisinin düşərgəsində qalacaq. İtaliyanın “Bolonya” klubunun üzvü olan Poş da əzələ zədəsindən əziyyət çəkir.
Oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin