Dadaşov Super Liqada həftənin rəmzi komandasında – FOTO

“Hatayspor”da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında 8-ci turun rəmzi komandasına düşüb.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu “SofaScore” nəşrinin versiyasına əsasən “11-liy”ə daxil edilib.

Həftənin rəmzi komandası

Qapıçı: Uğurcan Çakır (“Trabzonspor”);

Müdafiəçilər: Uroş Radakoviç (“Ankaragücü”), Jerom Opoku (“Başakşəhər”), Davinson Sançes (“Qalatasaray”);

Yarımmüdafiəçilər: Gökcan Kaya (“Pendikspor”), Salih Uçan, Raşid Gezzal (hər ikisi “Beşiktaş”), Qarri Rodriges (“Ankaragücü”);

Hücumçular: Renat Dadaşov (“Hatayspor”), Mauro İkardi (“Qalatasaray”), Edin Ceko (“Fənərbaxça”)

Renat Dadaşov “Konyaspor”a 3:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button