“Araz-Naxçıvan” “Turan Tovuz”la yoxlama oyunu keçirəcək

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar futbolçulara üç günlük istirahət verib.

Komanda.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda üzvləri oktyabrın 11-də bir araya gələcək və məşqlərin Bakıda davam etdirəcək.

“Araz-Naxçıvan” oktyabrın 14-də “Turan Tovuz”la yoxlama oyunu keçirəcək. Oyunun məkanı və başlama saatı hələ məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button