Emre Belözoğlunun yeni klubu bilindi
Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az “NTV Spor”-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin “sükanı arxasına” “Fənərbaxça”nın keçmiş futbolçusu Emre Belözoğlu keçib.
43 yaşlı mütəxəssis bu postda Tolunay Kafkası əvəzləyib.
Emre Belözoğlunun son iş yeri Türkiyənin “Başakşəhər” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin