Azərbaycan millisinin kapitanı mövsümdə ilk kubokunu qazandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova cari mövsümdə ilk kuboku qazanıb.
Komanda.az xəbər verir ki, onun şərəfini qoruduğu Macarıstanın “Vaşaş” klubu beynəlxalq yarışın qalibi olub.
Komanda Polşada keçirilən “Amica Cup 2023” hazırlıq turnirində yerli “Vrotslav” klubunu 3:1, Almaniyanın “Drezdner” kollektivini 3:2 və Çexiya təmsilçisi “Dukla Liberets”i 3:2 hesabı ilə məğlub edərək titula sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin