Şahruddinin komandasından darmadağın
Türkiyə Super Liqasında 7-ci tur oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” da bu gün növbəti matçına çıxıb.
Doğma meydanda “Alanyaspor”la qarşılaşan Adana təmsilçisi 4 cavabsız qola sevinib – 4:0.
Məhəmmədəliyev bu qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Adana Dəmirspor” bu qələbədən sonra 14 xalla 3-cü sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin