“Qəbələ” Gəncəyə 5 itki ilə yollandı
“Qəbələ” Premyer Liqanın 8-ci turunun sabah keçiriləcək oyununda “Kəpəz”lə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, matç Gəncə şəhər stadionunda baş tutacaq.
Səfər görüşünün hazırlığında “qırmızı-qaralar”ın 5 futbolçusu iştirak etmir. 7-ci turun “Qarabağ”la ev qarşılaşmasında (1:2) zədə aldığı üçün əvəzlənən Gilad Abramov bərpa prosesi keçir. Onun bir həftədən sonra komandaya qoşulacağı gözlənilir. Dizindən zədələnən qapıçı Kristof Atanqana da komanda ilə məşqlərə qatılmır. Ürfan Abbasov, Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesini davam etdirirlər.
Xatırladaq ki, sabah Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin