Dadaşov oynadı, komandası uduzmadı
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” klubunda növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Volkan Dəmirəlin baş məşqçi olduğu komanda Super Liqanın 7-ci turunda “Sivasspor”un qonağı olub.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Dadaşov 59-cu dəqiqədə Karlos Strandberqin əvəzinə meydana daxil olub.
“Hatayspor” hazırda 11 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin