“Ümid edirəm ki, Mbappe bu il “qızıl top”u qazanar” – Hakimi
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi komanda yoldaşı Kilian Mbappenin karyerasında ilk “qızıl top”u qazanmaq şansını dəyərləndirib.
Komanda.az “RMS Sport”-a istinadən xəbər verir ki, mərakeşli futbolçunun fikrincə, bu il “qızıl top” mükafatını Mbappe qazanmalıdır:
“Mbappenin keçən il etdiklərini müqayisə etsəz, o, bu mükafatı qazanmağa layiqdir. Bu, mənim fikrimdir. O, əla futbolçudur. Ümid edirəm ki, Mbappe bu il “qızıl top”u qazanar”.
Fransalı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 4 oyun keçirib və 7 qol vurub. Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.
2023-cü ilin “qızıl top” mərasimi oktyabrın 30-da, Fransanın paytaxtı Parisdəki Katelet teatrında keçiriləcək.
Bizi Facebook-da izləyin