“Çempionlar Liqası “Real” üçün həmişə xüsusi turnir olacaq” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Union”la (Berlin) qarşıdakı oyun haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib:

“Çempionlar Liqası klubumuz üçün həmişə xüsusi turnir olacaq. Ona görə də, biz oyuna çox ciddi hazırlaşırıq. Biz yaxşı hazırlaşmış və möhkəm komandaya qarşı oynayacağıq. Məqsədimizə çatmaq üçün hər cür səy göstərməli olacağıq”.

“Real” – “Union” matçı bu gün saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button