Xavi “Barselona” ilə bir mövsümlük müqavilə bağlayacaq

“Barselona”nın baş məşqçisi Xavi klubla müqavilənin uzadılması ilə bağlı razılığa gəldiyini və bunun yaxın günlərdə rəsmən açıqlanacağını təsdiqləyib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Xavi niyə əməkdaşlığı yalnız bir mövsüm uzatmağa razı olduğunu izah edib:

“Mən bu barədə Deku ilə danışdım və işin nəticələri mənim üçün vacibdir. Mövsümün sonunda dəqiq hədəflər yoxdursa, uzunmüddətli müqavilə imzalamamalısan. Bir neçə il baş məşqçi kimi qalmaq üçün mübarizə aparmalısan. Söhbət oyunun səviyyəsindən və titullardan gedir.

Mən heç vaxt klub üçün problem olmayacam. Metodlarımın işləmədiyini gördükdə gedəcəm. İndiyə qədər işimlə bağlı çox həyəcanlıyam, layihəmiz hələ də çox aktualdır. Şübhəsiz ki, müqavilənin uzadılması bir neçə gündən sonra elan olunacaq”.

İspaniyalı mütəxəssis 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button