Şahruddin Məhəmmmədəliyev yeni klubunda nömrə seçimini etdi
“Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev yeni komandasında geyinəcəyi forma nömrəsini seçib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı yeni komandasında 71 nömrəli formanı geyinəcək.
Türkiyə klubu Şahruddini artıq Super Liqa oyunları üçün iştirak ərizəsinə daxil edib.
Məhəmmədəliyev sentyabrın 16-da, Super Liqanın 5-ci turunun “Pendikspor”la oyununda debüt edə bilər.
29 yaşlı qapıçı “Adana Dəmirspor”la iki illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin