İkardi dünyanın ən bahalı avtomobilinin sahibi oldu
“Qalatasaray”ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu 26 milyon avro dəyərində “Rolls Royce Boat Tail”in sahibi olub.
İkardinin aldığı avtomobildən cəmi üç ədəd hazırlanıb ki, onlardan biri mirvari hasilatı sahəsində var-dövlət qazanmış adı açıqlanmayan iş adamına, ikincisi isə ulduz cütlük musiqiçi Cey-Zi və Beyonsa məxsusdur.
5.8 metr uzunluğunda olan avtomobildə yemək dəsti, fırlanan kokteyl masaları, stullar və hətta özü açılan çətir var.
İkardi 2022/23 mövsümündə PSJ-dən icarə əsasında “Qalatasaray”da çıxış edib. 2023-cü ilin iyulunda Türkiyə klubu argentinalı hücumçunu Paris təmsilçisindən birdəfəlik transfer edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin