Azərbaycanlı hücumçu rəsmən “Hatayspor”da!
“Qrasshopper” Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə İsveçrə klubu məlumat yayıb.
24 yaşlı hücumçunun 2024-cü ilin yayında başa çatacaq sözləşməsinin müddəti daha bir il artırılıb. Onun mövsümün sonuna kimi Türkiyənin “Hatayspor” klubunda icarə əsasında çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, Super Liqada mübarizə aparan “Hatayspor”un baş məşqçisi Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq qapıçısı Volkan Dəmirəldir.
Renat Dadaşov 2022-ci ildən “Qrasshopper”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin