“Bu, çoxdan həyata keçirmək istədiyimiz transferdir” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta portuqaliyalı müdafiəçi Joao Kanselonun kluba keçidinə münasibət bildirib.

Komanda.az “Mundo Departivo”-ya istinadən xəbər verir ki, klub prezidenti kataloniyalıların uzun müddətdir ki, müdafiənin sağ cinahına oyunçu axtardıqlarını deyib:

“Kanselo qeyri-adi istedada malik oyunçudur. O, sağ cinahda oynayır, bu mövqeyi gücləndirmək istəyimiz var idi. Onun bizə çox kömək edəcək təcrübəsi var. O, “Barselona”nın necə oynadığını çox yaxşı bilir. Bu, çoxdan həyata keçirmək istədiyimiz transferdir. Ona uğurlar arzulayıram. Kanselo ilə müqavilə imzalamaq üçün çox yaxşı işlər görülüb. Bu, tərifə layiqdir”.

Kanselo 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Bayern”də keçirib, 21 oyunda çıxış edib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button