“Neftçi Arena”da renovasiya işlərinə start verildi
“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da kiçik renovasiya işlərinə start verilib.
Komanda.az xəbər verir ki, bu proses Premyer Liqanın 7-ci turu çərçivəsində sentyabrın 22, 23 və ya 24-də “Zirə” ilə keçiriləcək növbəti ev matçınadək davam edəcək.
Ot örtüyündə əsas yenilənmənin isə mövsümün ortasında yaranacaq təxminən 1 aylıq fasilə zamanı aparılması planlaşdırılır.
“AgroSport” şirkətinin aparıcı aqronomu Qadir Kərimov “Neftçi TV”yə açıqlama verib:
“Neftçi”nin son oyunundan sonra, ertəsi günü yenilənmə işlərinə başladıq. Bu proses üç gündür davam edir. Toxumlama, qumlama, gübrələmə işlərimiz artıq yekunlaşıb. Bir neçə proses qalıb. Qısa müddət vaxtımız olduğu üçün yüngül renovasiya işləri aparırıq. Bir neçə prosesdən sonra, demək olar ki, hazır olacaq. Oyunadək meydançanı hazır edəcəyik”.
Bizi Facebook-da izləyin