“Neftçi” və “Qarabağ” cərimə edildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 4-cü turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyunu bitdikdən “Araz-Naxçıvan” klubunun köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilib.
Premyer Liqanın 4-cü turunun “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sabah” klubu 1500 manat cərimə edilib.
Premyer Liqanın 4-cü turunun “Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi” klubu 800 manat cərimə edilib.
“Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.
4-cü turun “Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilib.
Bizi Facebook-da izləyin