“Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik” – “Neftçi”nin müdafiəçisi
“Neftçi”nin futbolçusu Yuri Matias Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la cavab qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, sərfəli nəticə üçün çalışacaqlarını diqqətə çatdırıb:
“Hamını salamlayıram. Bizi çətin oyun gözləyir. Rəqibimiz olduqca güclüdür. Amma onlarla oynamaq bizim üçün xoşdur. Futbolda hər şey mümkündür. Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik.
İlk oyunda buraxdığımız qollar ümumi komandanın səhvlərindən sonra vuruldu. Fasilədən sonra bərabərlik üçün epizodlarımız oldu. Buraxılan qollar ilk oyunun nəticəsini həll etdi. Səhvlərimizi dərk edirik. Çalışacağıq ki, sabah həmin səhvlərə yol verməyək”.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyun İstanbul təmsilçisinin 1:3 hesablı qələbəsi ilə bitib.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin