Verratti üçün 50 milyon avro
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az TF1-ə istinadən xəbər verir ki, “Əl-Hilal” 30 yaşlı futbolçuya görə parislilərə 50 milyon avro təklif etməyə hazırdır.
PSJ italiyalı yarımmüdafiəçinin satışından ən azı 80 milyon avro gəlir əldə etmək istəyir.
Verratti 2012-ci ildən PSJ-də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin