“Qarabağ”la ilk oyun mənə inam verdi”

Finlandiyanın HJK komandasının baş məşqçisi Toni Korkeakunnas Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu şərh edib.

Komanda.az xəbər verir ki, 55 yaşlı mütəxəssis məğlubiyyətə görə qarışıq hisslər keçirdiyini bildirib:

“Matça ehtiyatlı başladıq və ilk dəqiqələrdə passiv idik. Lakin vəziyyəti olduqca tez düzəldə bildik. Xüsusilə ikinci hissədə oyuna yaxşı daxil olduq. Vaxt keçdikcə cəsarətimiz artdı və rəqibin təzyiqini qıra bildik. Daha yaxşı nəticə qazana bilərdik. Sadəcə, sonadək dözə bilmədik. “Qarabağ” kimi komandalar isə ani diqqətsizlikdən çox yaxşı istifadə edirlər. Rəqibin vurduğu hər iki qol zamanı sanki yuxuladıq”.

O, cavab matçı üçün ümidli danışıb: “Bugünkü oyunumuz mənə gördüyümüz işləri davam etdirə biləcəyimizə daha çox inam verdi. İddiamız artır və hər dəfə bunun əlamətləri daha çox görünür. Oyunumuz istədiyimiz səviyyəyə çatmağa başlayır. Hələ heç nə həll olunmayıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button