Kurtua Azərbaycan millisi ilə matçı buraxacaq

“Real”ın və Belçika millisinin futbolçusu Tibo Kurtua AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə oyunu buraxacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı qapıçı “Real”ın məşqi zamanı ağır zədə alıb.

Madrid təmsilçisinin həkimləri tibbi müayinədən sonra Kurtuanın sol diz ön çarpaz bağlarında yırtıq olduğunu müəyyənləşdiriblər. Yaxın günlərdə əməliyyat olunacaq qolkiper uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

AÇ-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniyanı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button