Azərbaycan millisi ikinci oyununda da uduzdu
Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB Oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
Komanda.az xəbər verir ki, qırğızıstanlı yaşıdları ilə qarşılaşan yığmamız 2:5 hesabı ilə məğlub olub.
U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub.
Millimiz turnirdə növbəti oyununu sabah saat 17:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin