“Bayer”dən Xabi Alonso ilə yeni müqavilə
Leverkuzen “Bayer”i baş məşqçi Xabi Alonso ilə müqavilə yeniləyib.
Komanda.az Bundesliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Alonso 2022-ci ilin oktyabrından indiki postundadır. Ötən mövsüm ispaniyalı mütəxəssisin rəhbərliyi altında Avropa Liqasının yarımfinalına qədər irəliləyən leverkuzenlilər Almaniya çempionatında 6-cı yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin