“Araz-Naxçıvan”da daha bir özbəkistanlı oyunçu

“Araz-Naxçıvan” futzal klubu daha bir özbəkistanlı oyunçunu heyətinə qatıb.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, müdafiəçi Dilşod Rahmatov ölkə çempionu ilə anlaşıb.

Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” Özbəkistan millisinin üzvünü “Jizzax-Kenteks”dən icarəyə götürüb. 34 yaşlı Rahmatov Çempionlar Liqasının oyunlarında Vitali Borisovun rəhbərlik etdiyi Azərbaycan çempionuna kömək edəcək.

“Araz-Naxçıvan” yay fasiləsində Özbəkistan yığmasının hücumçusu Husniddin Nişonovu da icarəyə götürüb. Həmçinin, braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı qapıçı Luka Pavloviç heyətə qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button