![](https://komanda.az/wp-content/uploads/2023/08/e603610c-5339-4023-bb75-bb0cd8d9da9b-780x470.jpeg)
Azərbaycan yığması qrup üçüncüsü oldu
Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunun qrup oyunları yekunlaşıb.
Komanda.az xəbər verir ki, A qrupunda qərarlaşmış Azərbaycanın U-18 millisi qrupdakı sonuncu oyununda Moldova yığması ilə üz-üzə gəlib və rəqibinə 64:70 hesabı ilə məğlub olub.
Qrupda 3-cü pilləni tutmuş U-18 millimiz 5-9-cu yerlər uğurunda oyunda Cəbəllütariq yığması ilə qarşılaşacaq. Bu gün baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin