“Araz-Naxçıvan”da bosniyalı müdafiəçi – Rəsmi

“Araz-Naxçıvan” daha bir əcnəbi futbolçunu heyətinə qatıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, debütant komanda bosniya və herseqovinalı Numan Kurdiçi transfer edib.

Bu gün Bakıya gələn mərkəz müdafiəçisi tibbi müayinədən keçəcək. Futbolçu ilə 1 illik müqavilə imzalanıb. Kurdiç bu gün komandanın Qəbələdəki təlim-məşq toplanışına qoşulacaq.

24 yaşlı oyunçu karyerası ərzində yerli “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında forma geyinib. O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button