“Qalatasaray”ın keçmiş futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib
“Şabab Əl-Əhli”nin yarımmüdafiəçisi Ceyson Denayer iş yerini dəyişib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubuna keçib. 28 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Belçikalı futbolçu karyerası ərzində “Mançester Siti”, “Seltik”, “Qalatasaray”, “Sanderlend”, “Lion” kimi klublarda da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin