“Turan Tovuz” Arda Turanın komandasına qalib gəldi

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun komandası Türkiyə 1-ci liqası təmsilçisi “Eyüpspor”la qarşılıb.

Boludakı “Gerde Esentepe” stadionunda keçirilən görüş “Turan Tovuz”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Fərid Nəbiyevlə Xəyal Nəcəfov vurublar.

“Eyüpspor”un baş məşqçisi Türkiyə millisinin sabiq üzvü Arda Turandır.

“Turan Tovuz” bunadək Türkiyədə “Adana Demirspor”la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Komanda iyulun 27-də Tanzaniyanın “Simba Sport” kollektivi ilə də qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button