“Kəpəz” “Dalğa Arena”nı seçdi
“Kəpəz” Azərbaycan Premyer Liqasına hazırlığın növbəti mərhələsini Bakıda keçirəcək.
Komanda.az kluba istinadən xəbər verir ki, “sarı-göylər” iyulun 28-dək paytaxtda qalacaq.
Təlim-məşq toplanışı “Dalğa Arena”da olacaq. Komanda bu gün iki məşqə çıxacaq.
Dünən “Zirə” ilə yoxlama oyununda (1:2) iştirak edən futbolçular bərpa məşqi ilə kifayətlənəcəklər. Yüngül zədəsi olan Abdullahi Şuaybu, Tural Rzayev və komandaya gec qoşulan Mate Kvirkviya isə fərdi halda çalışacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin