Bonuççi satışa çıxarıldı
“Yuventus” müdafiəçisi Leonardo Bonuççini satışa çıxarıb.
Komanda.az “La Gazetta dello Sport”-a istinadən xəbər verir ki, Turin rəhbərliyinin bu qərarı 36 yaşlı müdafiəçini təəccübləndirsə də, o, bununla razılaşıb.
Məlumatda qeyd olunur ki, Bonuççinin gələcək karyerası bütünlüklə agentindən asılı olacaq və o, tezliklə futbolçu üçün yeni klub axtaracaq. Daha əvvəl “Sampdoriya”nın Bonuççi ilə maraqlandığı haqda xəbərlər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin