“Neftçi”nin keçmiş futbolçusu Kavaniyə klub axtarır
“Valensiya”nın hücumçusu Edinson Kavaninin agenti, “Neftçi”nin sabiq futbolçusu Valter Quqlemon Argentinaya səfər edib və “Boka Xuniors” rəhbərliyi ilə görüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı forvardın agenti onun transferi üçün bəzi məsələlərlə bağlı razılıq əldə edilmədiyini açıqlayıb.
Öncədən “Boka Xuniors”un Kavani ilə 1 və ya 2 illik müqavilənin imzalanması ilə bağlı danışıqlar apardığı haqda xəbər vermişdik.
Kavani 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Valter Quqlemon 2007-2009-cu illərdə Bakı “İnter”ində, 2009-2010-cu il mövsümündə isə “Neftçi”də çıxış edib. O, 2008-2009-cu il mövsümündə 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.
Bizi Facebook-da izləyin