Argentina klubu Kavani üçün hərəkətə keçib

Argentinanın “Boka Xuniors” klubu “Valensiya”nın hücumçusu Edinson Kavani ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər məsələ ilə bağlı bir həftədir danışıqlar aparırlar. Bir və ya iki illik müqavilənin imzalanması ilə bağlı müzakirələr edilir.

Uruqvaylı forvard 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button