“Turan Tovuz”dan ayrılan futbolçu Bolqarıstan klubunda
Bir müddət əvvəl “Turan Tovuz”dan ayrılan Runi Eva Bolqarıstanın “MOİK 1948” klubuna keçib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
27 yaşlı futbolçu Sofiya komandası ilə ilk məşqinə də çıxıb.
Runi Eva ötən mövsüm 16 qolla “Turan Tovuz”un bombardiri olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin