Azərbaycan güləşçilərinin Avropa çempionatlarındakı qazancı – 72 medal

Azərbaycan güləşçiləri 2023-cü ildə Avropa çempionatlarında bütün yaş kateqoriyalarında 72 medal əldə ediblər.

Komanda.az xəbər verir ki, bunlardan 14-nü böyüklər qazanıb. Əsas yığma üzvləri 5 qızıl, 6 gümüş, 3 bürünc medala sahib çıxıblar.

U-23 komandası 12 (6 qızıl, 3 gümüş, 3 bürünc), U-20 seçməsi 15 (4 qızıl, 4 gümüş, 7 bürünc), U-17 millisi isə 14 (5 qızıl, 1 gümüş, 8 bürünc) mükafata yiyələnib.

Ən çox medalı 15 yaşadək güləşçilərdən ibarət komanda qazanıb. Yeniyetmə idmançılar Avropa çempionatını 17 medalla (2 qızıl, 6 gümüş, 9 bürünc) başa vurublar.

Sərbəst güləş üzrə əsas milli, eyni növdəki U-23 yığması, yunan-Roma güləşində və sərbəst güləşdə U-20 kollektivi çıxış etdikləri qitə yarışında komanda hesabında çempion olmağı bacarıblar.

2023-cü ildə güləş üzrə Avropa çempionatı tsikli başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button